Zəfərin mübarək, Azərbaycan!



Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilmişdir. Tədbir Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva və kollecin informatika müəllimi İradə Məmmədova tərəfindən təşkil olunmuşdur.
         Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır
         İlk olaraq kollecin direktoru, professor Vilayət İsmayılov çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən, Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlıqlarından söhbət açmışdır. Şəhidlik zirvəsinə ucalmış, ölməzlik qazanmış şəhidlərimiz haqqında danışmış, onların nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də  qürurumuz, vüqarımız, fəxrimiz olduqlarını   söyləmişdir. 
         Tədbirin bədii hissəsində tələbələrin istedadları nümayiş olunmuşdur. Başımıza gətirilən müsibətlər, 30 illik həsrət, 44 günlük müharibə tələbələrin gözü ilə qonaqlara təqdim edilmişdir. Öz hisslərinə, kövrək duyğularına sığdırdıqları vətən sevgisini səhnəcik, rəqs və ifa ilə təqdim edən tələbələr işğaldan azad olunan rayon və şəhərlərin bizə qovuşmaq sevincini, şəhidin yerdə qalmayan qan izini, xarıbülbülün dilaçan gur səsini qonaqlara çatdıraraq  həm kövrək, həm də qürurverici anlar yaşatdılar.
         Qazandığımız bu zəfər düşmənin 44 günün sonunda diz çökməsi, torpaqlarımızın erməni faşizminin zülmündən qurtulması, Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi ilə qazanılan zəfərdir. “Zəfərin mübarək, Azərbaycan!”































































































































Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031