Daun sindromlu uşaqlarla görüş 20.12.2023
- Ətraflı
- Nəşr edilib 20-12-2023 19:17
- Baxış sayı: 508
Günəş kimi işıq saçırlar...Parlaqdırlar, sevimlidirlər, hamısı da bir-birinə bənzəyir...Tək görünüşləri deyil, taleləri də oxşardır...Bir ömür boyu - ən çox da 30 il məhrumiyyətlərlə yaşayırlar... Onlar daun sindromlu uşaqlardır. Həmin uşaqlar üçün dövlətimiz qayğı göstərərək xüsusi mərkəzlər açmışdır. Bu mərkəzlərdə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası təmin edilir.
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin əməkdaşları bu uşaqlarla görüşmək üçün “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyində qonaq oldular. Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyevanın təşəbbüsü ilə baş tutan görüş xoş xatirələrlə yaddaşlara həkk olundu. Kollektiv üzvləri bu cür uşaqların cəmiyyətdə də diqqətdən kənar qalmamaları üçün hər kəsin bu yerlərə tez-tez gələrək onların yaşadığı hissləri az da olsa duymalarının vacib olduğunu vurğulamışlar.
Uşaqların sevgisi ilə əhatə olunan Sevinc xanım mərkəzin rəhbəri Natella Həsənovaya və həmin birliyin əməkdaşlarına öz minnətdarlığını bildirərərək, gördükləri bu məsuliyyətli işdə onlara uğurlar arzulamışdır.
Daun xəstəlik deyil, sindromdur. Onlar heç vaxt böyümürlər və uşaq kimi daim köməyə ehtiyac duyurlar. Onlara qayğı və diqqət göstərmək hər birimizin borcudur. Unutmayaq, onlar bizə əmanətdir !
Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Təqvim
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11