20 Yanvar Faciəsi
- Ətraflı
- Nəşr edilib 19-01-2024 10:45
- Baxış sayı: 401
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 20 yanvar faciəsi ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
İlk olaraq kollecin Həmkarlar İttifaqının sədri Sevinc Şərifova çıxış etmişdir. Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvardan 34 il ötdüyünü qeyd edərək, qanlı 20 Yanvar hadisəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacağını vurğulmışdır.
Tədbirdə çıxış edən kollecin direktoru Vilayət İsmayılov ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider olmasından, dəhşətli faciəyə kəskin etiraz bildirmək üçün 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirməsindən, təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etməsində söhbət açmışdır.
Daha sonra Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsini dərin hüznlə yad edərək, 20 Yanvarın Azərbaycan xalqının hüzn və şərəf günü olduğunu söyləmiş, xalqımızın bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalı olduğunu qeyd etmişdir.
Tədbirin bədii hissəsində sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı pislənmiş, faciə zamanı 137 insanın öldürüldüyü, 744 adamın ağır xəsarət aldığı, 841 nəfərin isə qanunsuz olaraq həbs edildiyi haqqında məlumat verilmişdir. Kollec tələbələri həmin qanlı gecəyə yazılmış şeirlər söyləmiş, slaydlar nümayiş etdirmişlər.
Bu qanlı tarix hər il yad edilərək unudulmadığı,əksinə gənc nəsillərin düşmənə olan nifrətinin,qəzəbinin daha da alovlandığının göstəricisidir.
Vətən öz şəhidlərini heç vaxt unutmayacaq.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11