Xocalı abidə ziyarəti

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamiləməhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.
  Soyqırımın anım günü ilə əlaqədar oalraq Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecininqrup rəhbərləri tələbələr ilə birlikdə “Ana fəryadı” adlı abidə kompleksini ziyarət etmiş, faciənin dəhşətlərindən danışmışlar.
   Heç bir yerdə izi olmayan, tarixi bilinməyən cəlladların törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq və günahsız qurbanların xatirəsi daim əziz tutulacaq.












Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930