Qida Sənayesi Kolleci
- Ətraflı
- Nəşr edilib 01-06-2017 09:40
- Baxış sayı: 682
Tarixi
Bakı Qida Sənayesi Kolleci Bakı şəhəri, Nizami rayonu 8-ci km qəs. R.Teymurov küçəsi 73 ünvanında yerləşir.Bakı Qida Sənayesi Kolleci Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyinin 30 avqust 1955-ci il tarixli 321 saylı əmri ilə Bakı Yeyinti Sənayesi Texnikumu kimi yaradılmış və həmin ildən fəaliyyət göstərir. Yarandığı dövrdən bu günə kimi respublikanın istehsalat və xidmət sahələrini orta ixtisaslı mütəxəsislərlə təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli 112 saylı qərarı ilə Bakı Yeyinti Sənayesi Texnikumu Bakı Qida Sənayesi Kolleci adlandırılmışdır.
Bakı Qida Sənayesi Kollecinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qararları ilə təsdiq edilmiş “Orta ixtisas müəssisələrinin əsasnamə”lərinə, 2003, 2005-ci illərdə və 23 aprel 2010-cu il tarixli 76 saylı qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili pilləsinin Dövlət Standartlarına və Proqramı”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi normativ aktlarına, beynəlxalq hüquq normaları və müvafiq standartlarına, eləcə də Kollecin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.
Bakı Qida Sənayesi Kollecinin idarə olunması müvafiq normativ-hüquqi sənədlərə və müəssisənin nizamnaməsinə uyğun Dövlət Təhsil Standartlarının tələbləri əsasında yerinə yetirilir. Bakı Qida Sənayesi Kollecinin ali orqanı Pedaqoji Şuradır. Şuranın tərkibi 60 nəfərdən ibarətdir. Şurada müzakirə olunan məsələlər ümumilikdə, Kollecin cari və perspektiv inkişaf problemlərinin həllinə yönəldilmişdir. Pedaqoji şura və rəhbərlik Kollecin idarə edilməsini şöbələr, fənn birləşmə komissiyaları və digər struktur bölmələr ilə birlikdə sırf əlaqəli şəkildə həyata keçirilir. Pedaqoji Şuranın iclas protokollarında tədris və təlim-tərbiyə proseslərinin yaxşılaşdırılması barədə kollektiv qarşısında qoyulan əsas məsələlər və vəzifələr öz əksini tapmışdır.
Bakı Qida Sənayesi Kollecində təhsil Azərbaycan və Rus dillərində həyata keçirilir.
-----
11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.
İxtisaslar
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:- Marketinq (Sahələr üzrə) (az) (rus) (əyani) - 40405
- Çörək və unlu qənnadı məhsullarının texnologiyası (əyani) - 40539
- Ət və ət məhsullarının texnologiyası (əyani) - 40517
- İstehlak mallarının ekspertizası (əyani) - 40525
- Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət (əyani) - 40528
- Konservləşdirmə və qida konsentrantları texnologiyası (əyani) - 40534
- Qida məhsullarının təhlükəsizliyi (əyani) - 40539
- İaşə müəsissələrinin servisi (əyani) - 40704
- Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi (az) (rus) (əyani, qiyabi) - 40707
- Turizim işinin təşkili (əyani, qiyabi) - 40717
- Şərabçılıq və qıcqırtma istehsalatnın texnologiyası (əyani) - 40563
- Ətraf mühitin mühafizəsi və bərpası (əyani) - 40518
Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11