Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidlinin təqdimatında təhsil tələbə krediti haqqında görüş keçirilib.

30 sentyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidlinin təqdimatında təhsil tələbə krediti haqqında görüş keçirilib. Görüşdə kollecin Təhsil Tələbə Krediti üzrə məsul şəxsi Məryam Salayeva, Metodik kabinə müdiri Rəsmiyyə Nəcəfova, Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva, kollecin əməkdaşı Ülvi Əzizov və kollecin tələbələri iştirak ediblər. Tələbələrə təhsil tələbə krediti haqqında məlumatlar olan bukletlər paylanılıb və sullara cavab verilib. Görüşün sonunda xatirə fotosu çəkilib.