Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab sərgisində

8 oktyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin müəllim kollektivi və tələbələri Bakı Ekspo Mərkəzində keçirilən, Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab sərgisində iştirak ediblər. Sərgidə kollektivə və tələbələrə dəstək olmaq məqsədilə kollecin direktoru Sevinc Həmzəyeva da şəxsən iştirak edib. Sərgidə müxtəlif stendlər tələbələrin və müəllimlərin marağına səbəb olub, kitablar əldə edilib və tədbirin sonunda kollektiv birgə şəkil çəkdirib.