Gəncə şəhərinə etdiyi beş terror hücumunun ildönümündə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları Gəncəyə səfəri

2020-ci ilin oktyabr ayında Ermənistanın Gəncə şəhərinə etdiyi beş terror hücumunun ildönümündə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları Gəncəyə səfər ediblər. Səfərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin əməkdaşları Leyla Fətəliyeva və Ülvi Əzizov da iştirak ediblər.

Səfər zamanı ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra iştirakçılar Şəhidlər Xiyabanını, Gəncə Şəhidləri Memorial Kompleksini, raket hücumlarının baş verdiyi əraziləri və YAP Gəncə şəhər təşkilatının qərargahını ziyarət ediblər.

Səfər çərçivəsində YAP Gəncə şəhər təşkilatının qərargahında da görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri və partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Nizami Bələdiyyəsi sədrinin birinci müavini, müharibə veteranı Heydər Rəhimov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva və digər şəxslər çıxış ediblər. Çıxışlar zamanı Azərbaycanın Zəfəri, gənclərin vətənpərvər ruhda yetişdirilməsi və qarşıda duran vəzifələr müzakirə olunub.