Nizami rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" / Yaşıllıqların salınması davam etdirilir

Nizami rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində yaşıllıqların salınması davam etdirilir, müxtəlif növ ağaclar, bəzək kolları, mövsümi güllər əkilir, ot örtükləri yenilənir.

19 oktyabr 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı və YAP Nizami rayon təşkilatının üzvlərinin, rayon ictimaiyyətinin və digər müəssisə və təşkilatların kollektivlərinin,kollecimizin əməkdaşı Leyla Fətəliyeva və tələbələrimizin də iştirakı ilə keçirilən növbəti ağacəkmə aksiyasında Mikayıl Əliyev küçəsində 2 hektar sahəni əhatə edən ərazidə 2000 ədəd müxtəlif növ ağac və kol əkilərək mövcud yaşıllıq zolağı genişləndirilib.

http://nizami-ih.gov.az/az/news/nizami-rayonunda-yasil-dunya-namine-hemreylik-ili-cercivesinde-novbeti-agacekme-aksiyasi-kecirilib.html