8 Noyabr Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin dördünücü ildönümü – “Zəfər Günü”

8 Noyabr Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin dördünücü ildönümü – “Zəfər Günü” qeyd olunur. Bu münasibətlə UNEC nəzdində Qida Sənayesi Kollecində “Bizə zəfər yaraşır!” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbayacan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbayacan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə ilk olaraq kollecin direktoru Sevinc xanım Həmzəyeva çıxış edərək “Zəfər Günü”nün əhəmiyyətindən danışmış, 44 günlük savaşımızın yaşatdığı qürurun önəmini vurğulamışdır. Daha sonra tədbirdə qonaq olan Qarabağ əlilləri, veteranları və şəhid ailələri Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının sədr müavini Səbuhi İbrahimov da çıxış etmişdir. Çıxışlardan sonra bədii hissəyə keçilmişdir.