“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olaraq N.Gəncəvinin əsərlərində ətraf mühitin qorunması fikirlərinin təbliğ edilməsinə həsr edilmiş distant ədəbiyyat dərsi

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida SənayesiKollecində “Dillər və ədəbiyyat” fənn birləşmə komissiyasının müəllimi İlahə Mahmudova distant ədəbiyyat dərsini  “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olaraq Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması fikirlərinin təbliğ edilməsinə həsr etmişdir. Müəllim Nizami Gəncəvinin ədəbi irsi kəşfini gözləyən tapıntılarla zəngin olan bir xəzinə olduğunu söyləyərək, hər kəsin bu xəzinənin ibrətli və həyati sərvətlərindən bəhrələnməli olduğunu vurğulamışdır. Əsərlərinə diqqət edərkən şairin Allahın insanlara böyük səxavətlə bəxş etdiklərinin qədrini bilməyi bütün yaradıcılığı boyu oxucularına xatırlatdığını görərik. Tələbələr əsərləri təhlil edərək  Nizami qələminin bizi yaşıl dünyanı qorumağa, onu zənginləşdirməyə, anamız təbiətin bütün sərvətlərini insanlığın xeyrinə istifadə etməyə səslədiyini qeyd etdilər. Yaşıl dünya naminə torpağı, suyu, təbiət aləmini, yer üzünün bütün gözəlliklərini qorumalı, ətraf mühiti gözəlləşdirməliyik.