"Qida təhlükəsizlik problemləri"nə həsr olunmuş tədbir

Qida Sənayesi Kollecində 29.11.2024 tarixində " Qida təhlükəsizlik problemləri"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə AQTA nın nümayəndəsi Bakı Regional Sınaq laboratoriyasının Kimyəvi müayinələr bölməsinin Böyük kimyaçı xromotoqrafisti Aybəniz Süleymanova və Keyfiyyət Assosiasiyasından məsləhətçi Ruslan Qurbanov iştirak etdilər. Onlar tələbələrə qida keyfiyyəti və qida təhlükəsizlik problemləri haqqında məlumat verdilər.
Tədbirin praktiki hissəsində tələbələr tərəfindən səhnələr canlandırıldı: qida zəhərlənmələri zamanı ilk yardım; məhsulun markalanmasına qanunvericiliklə qoyulan tələblər, bir qrup məhsullarının keyfiyyət saxtalaşdırılmasını aşkar etmə metodlarını nümayiş etdilər. Tədbiri kollecin müəllimi Ramilə Bilalova təşkil etdi.