Qida Sənayesi Kollecinin müəllim kollektivi və tələbələri 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər.

UNEC nəzdində Qida Sənayesi Kollecinin müəllim kollektivi və tələbələri 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.

19-dan 20 -nə kecən gecə Bakının üstünü qara buludlar almışdı. Bəşəriyyətə haqq-ədalət dərsi kecən mənfür rus ordusu,Gözəl Bakımızı qan gölünə çevirdilər. Günahsız insanları,körpələri,qocaları,güllə boran etdilər. 20 əsrin 20 yanvarı bütün dünyada insanlığın faciyəsi kimi qeyd olundu. 1941-1945 ildə Azərbaycan neftinin sayəsində Alman faşizminə qalib gələn belə bir Möhtəşəm Xalqa qarşı faciyə törətmək özü bir faciədir. deyə ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV çıxış edərək Sovet Hakimiyyətinin sonu olduğunu bildirmişdir.
20 yanvar xalqımızın müstəqillik yoluna başladığı,nicat yoludur.
Bu yolda şəhid olanların xatirəsi bir məşəl kimi qəlbimizdə əbədi yanacaq!