“№1” Çörək Zavoduna məlumat turu təşkil olunub.

UNEC nəzdində Qida Sənayesi Kollecinin tələbələri üçün Qafqazın ən böyük çörək istehsalçısı olan “№1” Çörək Zavoduna məlumat turu təşkil olunub.
Tələbələrə zavodun fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, müəssisədə alman texnologiyası əsasında istehsal aparılır, zavod Avropa standartları əsasında qurulub və gündəlik istehsal gücü 150 tona bərabərdir. Hazırda 4 istehsal xəttində əl dəymədən 20 çeşiddən çox məhsul istehsal olunur. Məhsullar xüsusi soyutma avadanlığı vasitəsi ilə soyudulur, doğrama avadanlıqlarında əl dəymədən doğranır, daha sonra paketlənərək üzərinə istehsal tarixi olan klips vurulur. Bunun nəticəsində əhali sanitar-gigiyenik qaydalara riayət olunaraq və ekoloji cəhətdən təmiz olan məhsul ilə təmin olunur.
İstehsal prosesi ilə tanış olduqdan sonra tələbələri maraqlandıran sullar ətrafında fikir mübadiləsi aparıldı.
“№1” Çörək zavodu – “ÇÖRƏYƏ İLK TOXUNAN SİZ OLUN”.

https://youtube.com/shorts/j-XcfJP-y2A?feature=share​​​