Kollecində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri

26 fevral 2025-ci il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalıda qətlə yetirilən günahsız soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə qeyd olunmuşdur ki, 1992-ci ilin 26 fevral gecəsi Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı tarixin ən ağır cinayətlərindən biridir. Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır və bu dəhşətli gecədə həyatını itirən günahsız insanların xatirəsini daim yaşatmaq hər birimizin borcudur.

Sonda tələbələrin hazırladığı bədii hissə təqdim olunmuşdur.