Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “WE DEMAND!” adlı fləşmob keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş ümumilikdə 4 mindən çox Tələbə Gənclər Təşkilatlarının (TGT) fəal tələbəsinin iştirakı ilə “WE DEMAND!” adlı fləşmob keçirilib.
Qeyd edək ki, fləşmobda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin TGT sədri Əzizov Ülvi və 100 nəfərdən artıq fəal tələbəsi iştirak etmişdir.