"Gender və narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçirilib

UNEC nəzdində Qida Sənayesi Kollecində Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Gender və narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə iştirakçılara gender bərabərliyi, cəmiyyətin inkişafında qadın və kişilərin bərabər hüquq və imkanlara malik olmasının əhəmiyyəti, narkomaniyanın fəsadları, gənclər arasında yayılmasının qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Tədbirdə həmçinin mütəxəssislər tərəfindən interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.