Sözün Gücü: Varis Yolçuyevlə Unudulmaz Kitab Günü

Sözün Gücü: Varis Yolçuyevlə Unudulmaz Kitab Günü

23 aprel – Beynəlxalq Kitab Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecinin nəzdində fəaliyyət göstərən "QSK KÖNÜLLÜLƏRİ"nin "Söz Dünyası" Kitab Klubunun təşkilatçılığı ilə tanınmış yazıçı, publisist və ictimai xadim Varis Yolçuyevlə görüş keçirilmişdir.

Tədbirin məqsədi gənclər arasında kitab oxuma mədəniyyətinin təşviqi, ədəbiyyata marağın artırılması və yaradıcı mühitin formalaşdırılması olmuşdur. Tədbirin sonunda yazıçı iştirakçılara öz imzası ilə kitablar hədiyyə etmiş, bu mənalı jesti ilə Kitab Gününə xüsusi rəng qatmışdır.

Qeyd edək ki, "Söz Dünyası" Kitab Klubu QSK KÖNÜLLÜLƏRİ tərəfindən təsis olunmuşdur və fəaliyyətində tələbə, müəllim və kollec əməkdaşlarının ədəbi-mədəni inkişafına töhfə verməyi hədəfləyir.