28 May – Müstəqillik Günü münasibətilə kollecdə iməclik aksiyası keçirildi
- Ətraflı
- Nəşr edilib 19-05-2025 12:34
- Baxış sayı: 43
17.05.2025-ci il tarixdə UNEC nəzdində Qida Sənayesi Kollecində 28 May – Müstəqillik Günü münasibətilə genişmiqyaslı iməclik aksiyası keçirildi. Bu əlamətdar gün münasibətilə təşkil olunmuş tədbirin əsas məqsədi həm ətraf mühitin qorunmasına töhfə vermək, həm də gənclərdə və kollektivdə ictimai həmrəylik, əməksevərlik və vətənpərvərlik duyğularını gücləndirmək idi.
İməclik çərçivəsində kollecin sinif otaqlarında sanitar-təmizlik işləri aparıldı, şüşələr silindi, parta və stullar təmizləndi. Həyətyanı sahədə isə geniş abadlıq və yaşıllaşdırma işləri görüldü. Ərazi daş-kəsəkdən, tullantılardan və alaq otlarından təmizləndi, ağacların gövdələri əhənglə ağardıldı. Həmçinin dekorativ kollar budandı və gül kollarının ətrafında torpaq yumşaldıldı. Bu işlər kollecin daha səliqəli, baxımlı və yaşıl görünməsinə şərait yaratdı.
İməclikdə kollecin rəhbərliyi, müəllim heyəti, texniki işçilər və tələbələr böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Hər kəs birgə əmək sayəsində təmiz və abad bir mühit yaratmağın sevincini yaşadı. Bu cür aksiyalar iştirakçılar arasında əməkdaşlıq və qarşılıqlı hörmət münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.
Tədbirin sonunda kollecin direktoru Sevinc Həmzəyeva iştirakçılar qarşısında çıxış edərək iməcliyin cəmiyyət və təbiət üçün əhəmiyyətindən danışdı. O qeyd etdi ki, belə təşəbbüslər gənc nəslin ətraf mühitə olan münasibətini formalaşdırmaqla yanaşı, onların vətənə və cəmiyyətə xidmət ruhunda yetişməsinə dəstək verir. Direktor həmçinin iməclikdə fəal iştirak edən bütün müəllim, tələbə və texniki heyətə təşəkkürünü bildirdi.




Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11