Gənclər korrupsiyaya qarşı: Dürüst gənc – güclü gələcək

     22.05.2025-ci il tarixdə “Gənclər korrupsiyaya qarşı: Dürüst gənc – güclü gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edən Əsədli Fatmaxanım Nair qızı öz məruzəsi ilə iştirakçıların diqqətini cəlb etdi.
Çıxışında Fatmaxanım xanım vurğuladı ki, korrupsiya təkcə hüquqi məsələ deyil, eyni zamanda mənəvi və ictimai təhlükədir. Onun sözlərinə görə, bu neqativ hallara qarşı mübarizədə gənclərin rolu əvəzsizdir:
      “Dürüstlük hər bir gəncin həyat kredosuna çevrilməli, şəffaflıq isə bizim gələcəyimizin əsas dayağı olmalıdır. Əgər biz bu prinsipləri gənc nəsildə formalaşdıra bilsək, güclü və davamlı bir gələcəyə sahib olacağıq,” – deyə Fatmaxanım xanım bildirdi.
       Məruzəsində o həmçinin təhsil sistemində, ictimai həyatda və ailədə dürüstlük dəyərlərinin aşılanmasının vacibliyinə toxundu. Gənclərin hüquqi maarifləndirilməsi, antikorrupsiya təşəbbüslərində fəal iştirakı və ictimai nəzarətin artırılması tədbirin əsas müzakirə mövzularından biri oldu.
       Tədbirin sonunda iştirakçılar Fatmaxanım Əsədlinin çıxışını yüksək qiymətləndirərək, onun qaldırdığı mövzuların aktuallığını və cəmiyyət üçün əhəmiyyətini vurğuladılar.