“Ümummilli lider Heydər Əliyev — müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”


     Qida Sənayesi Kollecində tarix müəllimi Gülnar Hacıyevanın iştirakı ilə “Ümummilli lider Heydər Əliyev — müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbir kollecin tələbə və müəllim heyətinin iştirakı ilə baş tutub.
    Dəyirmi masada ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı müstəsna xidmətləri, Azərbaycanın müstəqillik tarixində Konstitusiyanın rolu və onun qəbul prosesi ətrafında geniş müzakirələr aparılıb.
     Gülnar Hacıyeva çıxışında Heydər Əliyevin ölkənin hüquqi əsaslarının möhkəmləndirilməsi, müstəqil dövlətçilik ənənələrinin yaradılması istiqamətindəki fəaliyyətindən bəhs edib. O, həmçinin, Konstitusiyanın qəbulunun Azərbaycanın siyasi və sosial inkişafında mühüm mərhələ olduğunu vurğulayıb.
     Tədbir iştirakçıları ümummilli liderin ideyalarının bu gün də ölkəmizin inkişafı üçün əsas istiqamət olduğunu qeyd edərək, belə tədbirlərin gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına töhfə verdiyini bildiriblər.