“Konstitusiya və Suverenlik İli” çərçivəsində tarix müəllimi Vüsalə Kazımovanın təşəbbüsü ilə bilik yarışı təşkil olunub.

UNEC nəzdində Qida Sənayesi Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tarix müəllimi Vüsalə Kazımovanın təşəbbüsü ilə bilik yarışı təşkil olunub. Tələbələrin hüquqi və tarixi biliklərinin yoxlanılması məqsədi daşıyan bu müsabiqədə iştirakçılar Azərbaycan Respublikasının konstitusiya quruluşu, dövlət suverenliyi və müstəqillik tarixinə dair sualları cavablandırıblar. Müsabiqə “Hüquq” və “Qanun” adlı iki komanda arasında keçirilib. Rəqabətli və maraqlı atmosferdə keçən bu yarış tələbələrin həm biliklərini nümayiş etdirməsinə, həm də vətənpərvərlik ruhunun güclənməsinə şərait yaradıb. Yarışın sonunda “Hüquq” komandası qalib gəlib.