UNEC nəzdində Qida Sənayesi Kollecində Konstitusiya və Suverenlik İli çərçivəsində “Hüquqlarımız və vəzifələrimiz” adlı debat qarşılıqlı müzakirə formatında keçirilmişdir

UNEC nəzdində Qida Sənayesi Kollecində Konstitusiya və Suverenlik İli çərçivəsində kollecin tarix müəllimi Rasim Rzaxanov tərəfindən təşkil olunan “Hüquqlarımız və vəzifələrimiz” adlı debat qarşılıqlı müzakirə formatında keçirilmişdir. Debat zamanı iştirakçılara Azərbaycan Respublikası Konstitusiyasında əks olunmuş hüquq və vəzifələr barədə ətraflı məlumat təqdim edilmişdir. Eyni zamanda Ermənistanın ölkəmizə qarşı təcavüzü, erməni terroru nəticəsində hüquqları kobud şəkildə pozulan, işgəncələrə məruz qalaraq həyatını itirən uşaqlar və bu kimi ağır cinayətləri törədən şəxslərin məsuliyyəti barədə də ətraflı məlumat verilmişdir.