“Etik Dəyərlər və Korrupsiyaya Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir
- Ətraflı
- Nəşr edilib 30-05-2025 12:18
- Baxış sayı: 22
29 may 2025-ci il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində “Etik Dəyərlər və Korrupsiyaya Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi gənclər arasında etik davranış qaydalarının təbliği, korrupsiyanın cəmiyyətə vurduğu zərərlər barədə məlumatlandırma və antikorrupsiya mədəniyyətinin formalaşdırılması olmuşdur.
Tədbiri giriş sözü ilə açan Mehdiyeva Samirə gənclərin hüquqi və mənəvi dəyərlər sistemində tərbiyəsinin vacibliyini vurğulamış, etik prinsiplərə əsaslanan cəmiyyətin formalaşmasında tələbələrin üzərinə düşən məsuliyyətdən bəhs etmişdir.Daha sonra tədbirdə çıxış edənlər “Etik davranış standartları və korrupsiyanın sosial nəticələri” mövzusunda məruzə ilə çıxış etmişlər. Korrupsiyanın yalnız iqtisadi deyil, həm də sosial və mənəvi fəsadlara səbəb olduğunu qeyd etmiş, şəffaflıq, dürüstlük və məsuliyyət kimi prinsiplərin cəmiyyətin inkişafında oynadığı roldan bəhs etmiş və tələbələri gündəlik həyatda bu dəyərlərə sadiq qalmağa və ictimai nəzarət mexanizmlərində fəal iştirak etməyə çağırmışlar.
Tədbir interaktiv şəkildə davam etmiş, tələbələrlə etik qərarların qəbulunda qarşıya çıxan çətinliklər və korrupsiya hallarının qarşısının alınması yolları müzakirə olunmuşdur. Gənclər mövzu ilə bağlı fikirlərini bölüşmüş, müxtəlif situasiyalar üzrə etik yanaşmaları təhlil etmişlər.
Sonda tədbir iştirakçılarına etik davranış qaydalarını əks etdirən yaddaş kitabçaları və maarifləndirici materiallar təqdim olunmuşdur.
Bu cür tədbirlər tələbələr arasında hüquqi və etik düşüncənin formalaşmasına, eləcə də korrupsiyaya qarşı mübarizənin gənc nəslin iştirakı ilə daha da gücləndirilməsinə xidmət edir.


Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Təqvim
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11