7 iyun – Beynəlxalq Qida Günü münasibətilə Qida Sənayesi Kollecində maarifləndirmə yönümlü xüsusi tədbir təşkil olundu

7 iyun – Beynəlxalq Qida Günü münasibətilə Qida Sənayesi Kollecində maarifləndirmə yönümlü xüsusi tədbir təşkil olundu. Tədbirin əsas qonağı – tanınmış qida eksperti, sahə üzrə peşəkar mütəxəssis Ağa Salamov oldu. O, tələbə və müəllim heyəti ilə görüşərək, qida sənayesinin müasir vəziyyəti, təhlükəsiz və balanslaşdırılmış qidalanmanın insan sağlamlığına təsiri, ərzaq məhsullarının tərkibi və düzgün saxlanma şərtləri kimi mövzularda əhatəli təqdimatla çıxış etdi. Təlim zamanı tələbələr mütəxəssisə müxtəlif suallar ünvanladılar, qida keyfiyyəti və standartları ilə bağlı praktiki nümunələr üzərində müzakirələr apardılar.