Qida Sənayesi Kollecində “Azərbaycan tarixi” dərsliyinin təqdimatı keçirildi
- Ətraflı
- Nəşr edilib 18-09-2025 12:06
- Baxış sayı: 40
Qida Sənayesi Kollecində orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Azərbaycan tarixi” dərsliyinin təqdimatı keçirildi.
Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə UNEC-in nəzdində Qida Sənayesi Kollecinin direktoru Həmzəyeva Sevinc Məhəmməd qızının müəllifi olduğu “Azərbaycan tarixi” dərsliyinə nəşr hüququ verilmişdir. 18 sentyabr 2025-ci il tarixində Kollecdə keçirilən dərsliyin təqdimat mərasimi böyük maraq və ruh yüksəkliyi ilə yadda qaldı. Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və fənn müəllimləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Sevinc xanım Həmzəyeva çıxışında bildirdi ki, Azərbaycan tarixinin öyrənilməsi yalnız tədris prosesinin bir hissəsi deyil, həm də gənc nəslin milli-mənəvi dəyərlərə hörmət, dövlətçilik ənənələrinə sədaqət və Vətən sevgisi ruhunda formalaşmasına xidmət edən böyük bir missiyadır. “Tarixini dərindən bilən xalq öz kimliyini, mənsubiyyətini və gələcək yolunu daha aydın görür”, – deyən direktor dərsliyin hazırlanmasında əsas məqsədin tələbələrdə milli qürur, vətənpərvərlik və tarixi yaddaş hisslərinin gücləndirilməsi olduğunu vurğuladı.
Yeni dərslikdə 44 günlük Vətən müharibəsinə xüsusi bölmə həsr olunmuşdur. Burada Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın işğaldan azad olunması, xalqımızın birlik və mübarizə əzmi elmi-pedaqoji əsaslarla şərh edilmişdir.
Çıxış edən digər natiqlər də vurğuladılar ki, qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqının tarixini öyrənmək yalnız keçmişə işıq salmaq deyil, həm də gələcək nəsillərə yol göstərməkdir. Onların sözlərinə görə, “Azərbaycan tarixi” fənni gənclərin tarixi yaddaşını gücləndirməklə yanaşı, vətənə bağlı, hər an torpaqlarını qorumağa hazır olan vətəndaşların yetişdirilməsində əvəzsiz rol oynayır.
Dərslik mövcud təhsil proqramına uyğun olaraq tərtib edilmiş, mövzular ardıcıllıqla və sistemli şəkildə təqdim olunmuşdur. İbtidai icma quruluşundan müasir, müstəqil Azərbaycan dövlətinə qədərki tarixi mərhələlər geniş şəkildə işıqlandırılmış, hadisələr, şəxsiyyətlər, dövlətçilik ənənələri və mədəniyyət nümunələri faktlara əsaslanaraq təsvir olunmuşdur. Kitab məzmun baxımından zəngin olmaqla yanaşı, xəritə və illüstrasiyalarla da tamamlanmış, tələbələrin mövzuları daha aydın qavramasına şərait yaradılmışdır.
Tədbir səmimi, mehriban və ruh yüksəkliyi şəraitində davam etmiş, xoş arzular səsləndirilmişdir. Təqdimatın sonunda Sevinc xanım müəllimlərə öz imzası ilə dərsliyi hədiyyə edərək bu əlamətdar günü kollektivlə birlikdə qeyd etmişdir.
Bu təqdimat Kollecin həyatında mühüm bir mərhələ olmaqla yanaşı, kollecdə təhsilinin inkişafına, milli dəyərlərin təbliği və gələcək nəsillərə ötürülməsi işinə də mühüm töhfədir.

Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11