Qida Sənayesi Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin “beş”iyində” adlı rəsm sərgisi təşkil olunmuşdur.



UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin “beş”iyində” adlı rəsm sərgisi təşkil olunmuşdur.
Sərgidə tələbələrin Vətən müharibəsi mövzusunda hazırladıqları rəsmlər nümayiş etdirilmiş, hər bir əsər özündə zəfərin rəmzi mənasını, qəhrəmanlıq və igidlik ruhunu əks etdirmişdir.
Münsiflər heyətinin qərarına əsasən sərgidə I, II və III yerləri tutan tələbələr müəyyən edilmiş, onlara təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur. Tədbir zamanı həmçinin bütün iştirakçılara təşəkkürnamələr təqdim olunmuş, bacarıqları yüksək qiymətləndirilmiş və onların zəfər ruhunu yaradıcılıqla ifadə etmələri alqışlanmışdır.
Sərgi, tələbələrdə Vətən sevgisini artırmaqla yanaşı, Zəfər Gününün əhəmiyyətini bir daha vurğulayan, milli qürur və birlik hisslərini gücləndirən əlamətdar bir tədbir olaraq yadda qalmışdır.