Qida Sənayesi Kollecində etnik azlıqların mədəni irsinin qorunması və inkişaf etdirilməsi mövzusunda dəyirmi masa keçirilib

UNEC nəzdində Qida Sənayesi Kollecində etnik azlıqların mədəni irsinin qorunması və inkişaf etdirilməsi mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Qida Sənayesi Kollecinin müəllimi Həsənova Xatirə tələbələrlə birgə milli dəyərlərin qorunması, ənənələrin gələcək nəsillərə ötürülməsi və mədəni irsin zənginləşdirilməsi yollarını müzakirə ediblər. Dövlət və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirilən layihələr, yerli icmaların və təhsil müəssisələrinin əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanıb.

Dəyirmi masada irəli sürülən tövsiyələr gələcəkdə etnik azlıqların mədəni irsinin qorunması üçün əsas istiqamətlər kimi nəzərdə tutulacaq.