12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində dəyirmi masa təşkil olunub.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində dəyirmi masa təşkil olunub. Dəyirmi masada Konstitusiyanın qəbulunun tarixi əhəmiyyəti, onun müasir dövlət quruculuğundakı rolu və hüquqi dövlət prinsiplərinin formalaşmasına verdiyi töhfələr geniş şəkildə müzakirə olunub.

Tədbir iştirakçıları qeyd ediblər ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, milli birliyini və müstəqil dövlətçilik ideallarını özündə əks etdirən ali sənəddir. Gənclərin hüquqi biliklərinin artırılması, vətəndaş məsuliyyətinin və dövlətə bağlılıq hissinin gücləndirilməsi məqsədilə keçirilən bu dəyirmi masa iştirakçılarda böyük maraq doğurub.