Qida Sənayesi Kollecində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici təlim keçirilmişdir.



13.11.2025- ci il tarixndə UNEC nəzdində Qida Sənayesi Kollecində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici təlim keçirilmişdir. . Təlim Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə tərəfindən aparılıb.

Görüşdə uşaqların zərərli informasiyalardan qorunması, düzgün informasiya seçimi, rəqəmsal mühitdə təhlükəsizlik və məlumatların doğruluğunun yoxlanması kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.

Təlim iştirakçıları üçün həm maarifləndirici, həm də praktiki məlumatlarla zəngin olan bu görüş yeniyetmələrin informasiya biliklərinin artırılmasına, onların daha təhlükəsiz rəqəmsal mühitdə formalaşmasına mühüm töhfə verdi.