Qida Sənayesi Kollecində elmi-metodik fəaliyyətə iki yeni dəyərli töhfə
- Ətraflı
- Nəşr edilib 17-11-2025 15:00
- Baxış sayı: 10
UNEC nəzdində Qida Sənayesi Kollecində elmi-metodik fəaliyyətin daha bir uğuru!
Kollecimizin direktoru Sevinc Həmzəyevanın müəllifi olduğu “44 günlük Vətən müharibəsinin xronologiyası” adlı kitab nəşr olunaraq oxuculara təqdim edilib. Bu dəyərli nəşr 44 günlük Vətən müharibəsinin hər gününü ardıcıllıqla və faktlara əsaslanaraq təqdim etməklə, yaxın tariximizin ən həlledici məqamlarını elmi dəqiqliklə bir araya gətirir. Kitab həm təhsilalanların tarixi prosesləri dolğun şəkildə qavramasına, həm də onların vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edən mühüm mənbələrdən biri kimi dəyərləndirilir.
Bununla yanaşı, kollecin tarix müəllimi Kazımova Vüsalə tərəfindən hazırlanmış “8 Noyabr — haqqın, ədalətin və bütövlüyümüzün qələbəsidir” adlı metodik vəsait də nəşr olunub. Vəsait 8 Noyabr Zəfər Gününün tarixi əhəmiyyətini, siyasi və milli dəyərlərimizi, həmçinin bu günün dərslərdə necə tədris olunmasının üsul və metodlarını əhatə edir. Müəllim və tələbələr üçün praktik istifadəyə yönəlmiş bu vəsait müasir tədris prosesində əhəmiyyətli rol oynayacaq.
Hər iki müəllifimizin hazırladığı nəşrlər kollecin elmi, metodik və maarifçilik fəaliyyətinə dəyərli töhfədir. Onları bu uğurlu iş münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək yaradıcılıq fəaliyyətlərində bol uğurlar arzulayırıq.



Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11



















