Qida Sənayesi Kollecində Ana Dilinin Saflığının Qorunmasına Həsr Olunmuş Maarifləndirici Tədbir



UNEC nəzdində Qida Sənayesi Kollecində ana dilinin saflığının qorunması və təbliği məqsədi ilə maarifləndirici tədbir təşkil olunub. Nitq təlimçisi Röya Ağayevanın təqdimatında keçirilən tədbirdə ana dilinin düzgün istifadəsi, nitq mədəniyyəti və ifadə bacarıqlarının inkişafı barədə məlumatlar verilib. Proqram çərçivəsində tələbələr arasında müxtəlif yarışlar təşkil olunub, onların dil bilikləri və nitq bacarıqları qiymətləndirilib. Sonda yarış qalibləri hədiyyələrlə mükafatlandırılaraq təşəkkür olunublar.”