Qida Sənayesi Kollecində psixoloq Bəsti Hacıyeva tərəfindən “Gender bərabərliyi” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur

ADIU-nun nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində psixoloq Bəsti Hacıyeva tərəfindən “Gender bərabərliyi” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur. Təlimin əsas məqsədi tələbələrdə gender bərabərliyi anlayışının formalaşdırılması, qadın və kişi hüquqlarının bərabərliyinin cəmiyyətdə rolu barədə məlumatlandırmanın artırılması olmuşdur.
Təlim zamanı gender stereotipləri, ayrı-seçkiliyin qarşısının alınması, bərabər imkanların yaradılması və sağlam sosial münasibətlərin qurulmasında gender bərabərliyinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılmışdır. İnteraktiv müzakirələr vasitəsilə tələbələrin mövzuya marağı artırılmış, onları düşündürən suallar ətrafında fikir mübadiləsi aparılmışdır.