"İnsan Alveri və məcburi əməyə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir

ADİU-nun nəzdində Qida Sənayesi Kollecinin psixoloqu Bəsti Hacıyeva ,Nizami RPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor,polis leytenantı Sura Yusifova tərəfindən "İnsan Alveri və məcburi əməyə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirin əsas məqsədi tələbələrin insan alveri anlayışı, onun formaları, yaranma səbəbləri və qarşısının alınması yolları barədə məlumatlandırılması olmuşdur.
Tədbir zamanı insan alverinin təhlükələri, risk qrupları, istismar formaları, həmçinin təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilmişdir. İştirakçılara şübhəli iş təkliflərinə qarşı diqqətli olmaq, şəxsi sənədlərin qorunması və hüquqi yardım mexanizmləri barədə tövsiyələr verilmişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Bu cür maarifləndirici tədbirlərin keçirilməsi cəmiyyətdə insan alverinə qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.