2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qida Sənayesi Kollecinin fəal tələbələri təltif olundu

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecinin fəal tələbələri təltif olunublar.
ATGTİ-ı, YAP Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə kollecin ictimai, sosial və maarifləndirici fəaliyyətlərində xüsusi fəallıq göstərən tələbələrə təşəkkürnamələr təqdim olunub.
Tədbirin məqsədi gənclərin təşəbbüskarlığını, liderlik keyfiyyətlərini və cəmiyyətin inkişafında aktiv iştirakını təşviq etmək, onların uğurlarını dəyərləndirmək olub.
Qida Sənayesi Kolleci olaraq bütün fəal gənclərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq.