Qida Sənayesi Kollecində “İnan! Çalış! Uğur qazan!” adlı motivasiyaedici tədbir keçirildi

UNEC nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İnan! Çalış! Uğur qazan!” adlı maarifləndirici və motivasiyaedici tədbir təşkil olunmuşdur.Tədbirdə iştirak edən kollecin əməkdaşları və tələbələr müxtəlif mövzularda çıxış edərək öz fikir və düşüncələrini bölüşmüş, gəncliyin qarşısında duran məqsədlər, təhsil, karyera və şəxsi inkişaf yollarının vacibliyini qeyd etmişlər. Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, səmimi fikir mübadiləsi mühiti formalaşmışdır.
Sonda isə kollecin ictimai, mədəni və sosial həyatında, eləcə də keçirilən bütün tədbirlərdə daim fəallıq göstərən, təşəbbüskarlığı və nümunəvi davranışı ilə seçilən tələbələrə təşəkkürnamələr təqdim olunmuşdur. Bu cür tədbirlər gənclərin motivasiyasının artırılmasına, onların kollecin həyatında daha fəal iştirakına və gələcək uğurlarına mühüm töhfə verir.
Fəal gənclik – güclü gələcəyin təminatıdır!