Qida Sənayesi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında dama yarışı təşkil olunub.

UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında dama yarışı təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd qadınların intellektual bacarıqlarını nümayiş etdirmək, kollektiv arasında mehribanlıq və dostluq mühitini daha da möhkəmləndirmək olub. Yarış iştirakçıları böyük maraq və həvəslə mübarizə apararaq öz məntiqi düşünmə və strateji bacarıqlarını nümayiş etdiriblər.