“ADIU-nun nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində “Qızların təhsildən yayınma səbəbləri” mövzusunda psixoloji təlim keçirildi.

“ADIU-nun nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində “Qızların təhsildən yayınma səbəbləri” mövzusunda psixoloji təlim keçirildi. Təlim kollecin psixoloqu Bəsti Hacıyeva və Nömrə 1 Psixoloji Mərkəzin baş psixoloqu, klinik psixoloq-psixoterapevt Könül Axundova tərəfindən təşkil olunmuşdur.
Təlim zamanı iştirakçılara qızların təhsildən yayınmasına səbəb olan sosial, psixoloji və ailəvi faktorlar haqqında məlumat verildi. Erkən nikah, sosial stereotiplər, ailə təzyiqləri və motivasiya çatışmazlığı kimi amillərin qızların təhsil həyatına təsiri müzakirə olundu. Eyni zamanda qızların təhsilə cəlb olunmasının əhəmiyyəti, onların şəxsi inkişafı və cəmiyyətin gələcəyi üçün təhsilin rolu barədə geniş fikir mübadiləsi aparıldı.
Təlim interaktiv şəkildə təşkil olundu, iştirakçıların fikirləri dinlənildi və mövzu ilə bağlı sualları cavablandırıldı.”