“ADIU-nun nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində “Gender bərabərliyi” mövzusunda maarifləndirici təlim keçirildi

“ADIU-nun nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində “Gender bərabərliyi” mövzusunda maarifləndirici təlim keçirildi.

Təlim kollecin psixoloqu Bəsti Hacıyeva və “Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Ramidə Oktayqızı tərəfindən təşkil olunmuşdur.

Təlim zamanı iştirakçılara gender bərabərliyinin cəmiyyətdə rolu, qadın və kişilərin hüquq və imkan bərabərliyi, eləcə də bu sahədə mövcud stereotiplərin aradan qaldırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verildi.

Görüş çərçivəsində tələbələrlə mövzu ətrafında müzakirələr aparıldı, onların sualları cavablandırıldı və gender bərabərliyinin sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığı vurğulandı.”