“Narkomaniyaya yox deyək!” və “Erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
- Ətraflı
- Nəşr edilib 19-03-2026 17:34
- Baxış sayı: 11
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Nizami rayon Polis Veteranları Şurasının sədri Nazim Qnyazov və Firdovsi Bayramov, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin rəis müavini, polis-polkovnik-leytenantı Anar Zeynalov, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar – polis kapitanı Günay Heydərova və polis baş leytenantı Mirrəşad Mirzəyev, Nizami rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Ramil Səfərovun iştirakı ilə “Narkomaniyaya yox deyək!”, “Erkən nigahın fəsadları”, AR qanunvericiliyinə əsasən “hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və möhlət verilməsinin şərtləri, eləcə də hərbi xidmətə yararsızlığın tibbi meyarları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi tələbələr arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların sağlam həyat tərzinə təşviq olunması, eləcə də cəmiyyət üçün təhlükə yaradan mənfi halların qarşısının alınması istiqamətində bilik və məlumatların artırılması olmuşdur.
“Narkomaniyaya yox deyək!” mövzusu çərçivəsində çıxış edən hüquq-mühafizə orqanlarının nümayəndələri narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu ciddi zərərlərdən bəhs etmiş, bu kimi zərərli vərdişlərin gənclərin gələcəyinə mənfi təsir göstərdiyini vurğulamışlar. Bildirilmişdir ki, narkomaniya yalnız fərdi problem deyil, həm də cəmiyyət üçün ciddi təhlükə mənbəyidir və onunla mübarizə hər bir vətəndaşın məsuliyyətidir.
“Erkən nigahın fəsadları” mövzusu üzrə çıxışlarda erkən yaşda bağlanan nigahların hüquqi, tibbi və sosial nəticələri diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, erkən nigahlar gənclərin təhsil hüququnun məhdudlaşmasına, sağlamlıq problemlərinə və sosial adaptasiya çətinliklərinə səbəb olur. Bu baxımdan, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış qaydaları, hərbi xidmətdən azadetmə və möhlət verilməsinin şərtləri, eləcə də hərbi xidmətə yararlılığın tibbi meyarları barədə geniş məlumat verilmişdir. Çıxış edənlər bu sahədə mövcud qanunvericilik aktlarını izah etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışlar.
Sonda tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmış və bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11