31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür!

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür!
ADİU- nun nəzdində Qida Sənayesi Kollecində 1918-ci il mart hadisələrinin qurbanlarını yad etmək məqsədilə tədbir təşkil olundu. Tədbir zamanı günahsız soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, tariximizin qanlı səhifələri vərəqləndi.
Tədbirin əsas məqsədi tariximizi unutmamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!