“Süni intellekt və kiçik dövlətlərin strateji seçimləri” mövzusunda UNEC VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılış mərasimi

Bu gün “Süni intellekt və kiçik dövlətlərin strateji seçimləri” mövzusunda keçirilən UNEC VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılış mərasimində iştirak etdik.

Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad etdik.

Müasir dövrün əsas çağırışları sırasında yer alan süni intellekt, innovasiya və strateji idarəetmə kimi mühüm mövzuların beynəlxalq elmi platformada geniş şəkildə müzakirə olunması, elm və təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür konfranslar yalnız elmi fikir mübadiləsi deyil, həm də gələcəyin idarəetmə və təhsil modelinə dair yeni baxışların formalaşmasına xidmət edir.

Konfrans çərçivəsində təqdim olunan elmi yanaşmalar və innovativ fikirlər gənc nəslin müasir tələblərə uyğun yetişdirilməsi, kadr potensialının gücləndirilməsi və təhsil sisteminin inkişafı istiqamətində mühüm töhfələr verir.

Belə nüfuzlu elmi mühitdə iştirak etmək həm motivasiyaedici, həm də yeni perspektivlər qazandıran əhəmiyyətli bir təcrübədir.

Bu mötəbər tədbirin yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə təşəkkürümüzü bildirir, konfransın işinə və bütün iştirakçılara uğurlar arzulayırıq.