Qida Sənayesi Kollecində 28 May – Müstəqillik Gününə həsr olunmuş mini-futbol turniri təşkil edilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində 28 May – Müstəqillik Gününə həsr olunmuş mini-futbol turniri təşkil edilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd tələbələr arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, komanda ruhunun formalaşdırılması, sağlam həyat tərzinin təbliği və gənclərin idmana marağının artırılması olmuşdur.

Qarayev və Keşlə korpuslarının komandaları arasında keçirilən turnir yüksək rəqabət şəraitində baş tutmuş, maraqlı oyun epizodları və azarkeşlərin fəal dəstəyi ilə yadda qalmışdır.

Qarşılaşma zamanı hər iki komanda iştirakçıları əzmkarlıq, birlik, nizam-intizam və yüksək idman bacarığı nümayiş etdirmişdir.

Gərgin və dinamik mübarizə şəraitində keçən oyunun yekununda Qarayev korpusunun komandası üstün nəticə göstərərək turnirin qalibi adına layiq görülmüşdür.

Turnir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, tələbə gənclər arasında vətənpərvərlik ruhunun, sağlam rəqabət mühitinin və idman ənənələrinin inkişafına mühüm töhfə vermişdir.