28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

UNEC nəzdində Qida Sənayesi Kollecində rəhbərliyin tapşırığı ilə Qida Sənayesi Kollecinin Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

28 May – Azərbaycan xalqının tarixində şərəf və qürur günü kimi yadda qalan Respublika Günüdür. 1918-ci ilin məhz bu günündə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Bu tarix xalqımızın azadlıq arzularının, müstəqillik uğrunda mübarizəsinin və milli birlik ruhunun parlaq nümunəsidir. Respublika Günü bizə milli kimliyimizi, dövlətçilik ənənələrimizi və vətənə bağlılığımızı bir daha xatırladır.

Bu əlamətdar gün münasibətilə təşkil olunan Qida Sərgisi isə milli dəyərlərimizin ən gözəl nümunələrindən biri olan Azərbaycan mətbəxini nümayiş etdirmək məqsədi daşıyırdı. Sərgidə təqdim olunan bir-birindən maraqlı və dadlı təamlar milli mətbəximizin zənginliyini,müəllim və tələbələrin yaradıcılığını və birlik ruhunu əks etdirdi.

Tədbir boyunca iştirakçılar həm Respublika Gününün qürurunu yaşadı, həm də milli mətbəximizin rəngarəng dadları ilə tanış oldular. Bu gözəl günün ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, xalqımıza daim birlik, inkişaf və firavanlıq arzulayırıq!