“Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi” mövzusunda dəyirmi masa
- Ətraflı
- Nəşr edilib 10-04-2026 22:06
- Baxış sayı: 10
UNEC nəzdində Qida Sənayesi Kollecində Azərbaycan dilinin inkişaf tendensiyalarının, müasir dövrdə dilə daxil olan yeni leksik vahidlərin və onların tətbiqi xüsusiyyətlərinin müzakirəsinə həsr olunmuş “Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirin əsas məqsədi qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, elmi-texniki tərəqqi və beynəlxalq inteqrasiya proseslərinin təsiri ilə Azərbaycan dilinə daxil olan yeni söz və ifadələrin elmi əsaslarla araşdırılması, onların mənşəyinin müəyyənləşdirilməsi, sistemləşdirilməsi və ədəbi dil normalarına uyğun istifadəsinin təşviq edilməsindən ibarət olmuşdur.
Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən müasir dilçilikdə baş verən yeniliklər, dilin lüğət tərkibinin zənginləşməsi prosesləri, terminoloji bazanın inkişafı, alınma sözlərin dil sistemində tutduğu yer və yeni dil elementlərinin ünsiyyət prosesində rolu barədə geniş müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, müasir dövrün tələbləri dilin daim yenilənməsini və inkişafını şərtləndirsə də, bu proses Azərbaycan ədəbi dilinin norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Çıxışlarda vurğulanmışdır ki, yeni dil elementlərinin elmi cəhətdən öyrənilməsi, onların dil sistemindəki funksiyalarının müəyyənləşdirilməsi və istifadəsinin tənzimlənməsi Azərbaycan dilinin zənginləşdirilməsi və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda dilimizin milli xüsusiyyətlərinin, saflığının və ifadə imkanlarının qorunması ilə yanaşı, müasir cəmiyyətin tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçıları Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə qarşı duyarlılığı və yeni dil elementlərinin düzgün tətbiqinin təşviqi istiqamətində maarifləndirici fəaliyyətlərin əhəmiyyətini xüsusi qeyd etmişlər. Müzakirələr zamanı mövzu ilə bağlı fikir və təkliflər səsləndirilmiş, qarşılıqlı elmi fikir mübadiləsi aparılmışdır.
Dəyirmi masa iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, Azərbaycan dilinin müasir inkişaf mərhələsində qarşıya çıxan aktual məsələlərin müzakirəsi və həlli istiqamətində faydalı platforma kimi dəyərləndirilmişdir.

Xəbərlər
-
Qida Sənayesi Kolleci 2026/2027-ci tədris ili üçün
Tarix: 05-06-2026 08:22 -
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47
Elanlar
-
QƏBULA İNDİ BAŞLA!
Tarix: 19-05-2026 13:56 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11