Qida Sənayesi Kollecində Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

UNEC nəzdində Qida Sənayesi Kollecində Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində dəyirmi masa təşkil olunub.

Tədbirdə qida təhlükəsizliyinin təmin edilməsi, qida mənşəli xəstəliklərin qarşısının alınması, təhlükəsiz qida istehsalı və istehlakının əhəmiyyəti barədə geniş müzakirələr aparılıb.

İştirakçılara qida təhlükəsizliyinin insan sağlamlığının qorunmasında və dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynadığı barədə məlumat verilib. Dəyirmi masa tələbələrin mövzu üzrə bilik və məlumatlılığının artırılmasına xidmət edib.