Uşaqların hüquqlarının müdafiəsi- Gələcəyə İnvestisiya

Respublikamızda uşaqların hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu məqsədlə qəbul edilmiş Dövlət Proqramı uşaqların sosial rifahının yüksəldilməsi, təhsil, səhiyyə və təhlükəsizlik hüquqlarının qorunması, eləcə də onların hərtərəfli inkişafının təmin edilməsinə yönəlmiş tədbirləri özündə birləşdirir.

Dövlət Proqramının məqsəd və vəzifələrinin təbliği istiqamətində UNEC nəzdində Qida Sənayesi Kollecində maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə uşaqların hüquqlarının müdafiəsinin hüquqi əsasları, beynəlxalq təcrübə və bu sahədə həyata keçirilən dövlət tədbirləri barədə məlumat verilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.