Qida Kollecində İnformasiya Təhlükəsizliyi Mövzusunda Tədbir Keçirilib

UNEC nəzdində Qida Sənayesi Kollecində informasiya təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirin məqsədi tələbə və əməkdaşların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, kibertəhdidlərdən qorunma yolları, şəxsi məlumatların mühafizəsi və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılması olub.

Çıxışlar zamanı müasir dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyəti vurğulanıb, kibercinayətkarlığın yaratdığı risklər, güclü şifrələrin istifadəsi, fişinq hücumlarından qorunma üsulları və internet resurslarından təhlükəsiz istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.