UNEC nəzdində Qida Sənayesi Kollecində “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin rəsmiləşdirilməsi” mövzusunda seminar keçirilib.

UNEC nəzdində Qida Sənayesi Kollecində “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin rəsmiləşdirilməsi” mövzusunda seminar keçirilib
Seminarda kollecin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı qeyri-rəsmi məşğulluğun mahiyyəti, onun işçilər və işəgötürənlər üçün yaratdığı risklər, əmək müqaviləsinin əhəmiyyəti, işçilərin əsas hüquqları və işəgötürənlərin vəzifələri barədə ətraflı məlumat verilib.

Eyni zamanda əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS),əmək müqavilələrinin elektron qaydada bağlanması və bu sahədə tətbiq olunan yeniliklər iştirakçıların diqqətinə çatdırılıb.

Seminar çərçivəsində qeyri-rəsmi məşğulluğun ölkə iqtisadiyyatına və sosial müdafiə sisteminə təsirləri, kölgə iqtisadiyyatının azaldılması istiqamətində dövlət tərəfindən görülən tədbirlər, eləcə də əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində həyata keçirilən yeniliklər barədə geniş məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsinin vacibliyi bir daha vurğulanıb.

Seminar UNEC nəzdində Qida Sənayesi Kollecinin İnsan Resursları və Hüquq şöbəsinin müdiri Günel Hacıyeva tərəfindən təqdim olunub.