21 sentyabr - Beynəlxalq Sülh Günü.

21 sentyabr - Beynəlxalq Sülh Günü.

UNEC nəzdində Qida Sənayesi Kollecində 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə sülhün, həmrəyliyin və qarşılıqlı anlaşmanın əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əsas məqsədi tələbələr arasında sülh, humanizm, tolerantlıq, qarşılıqlı hörmət və həmrəylik kimi ümumbəşəri dəyərlərin təbliği, gənclərin sülh və sosial məsuliyyət barədə məlumatlarının artırılması olub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti Ərazi-təşkilat və ictimai -siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu İsmayılova Könül, kollecin Həmkarlar İttifaqı Komitəsi sədri Samirə Mehdiyeva, kitabxana müdiri Zülfiyyə Cümşüdova və kollecin psixoloqu Bəsdi Hacıyeva, eləcə də tələbələr iştirak ediblər.

Dəyirmi masa zamanı sülhün cəmiyyətin inkişafında rolu, gənclərin sülhün formalaşmasında iştirakı və qarşılıqlı hörmətin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb